Bakıda tələbələrin fənn olimpiadası başladı
06 aprel 2011 12:37 (UTC +04:00)

Bakıda tələbələrin fənn olimpiadası başladı

Aprelin 30-da Bakıda ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası keçiriləcək.
Lent.az-ın məlumatına görə, Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiada Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu tərəfindən təşkil olunur. Artıq olimpiadanın münsiflər heyəti formalaşdırılıb və bu gün seçmə mərhələsi keçiriləcək. Olimpiadada iştirak etmək üçün 40-a yaxın komanda qeydiyyatdan keçib.

Xatırladaq ki, sayca 6-cı olan ümumrespublika olimpiadasına Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi də dəstək verir. Olimpiadanın birinci turu Qafqaz Universitetində, final mərhələsi isə MEA İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563

Oxşar yazılar