Ələt və Qobustan qəsəbələrinin inkişafı üçün 10 milyon manat ayrılıb
06 aprel 2011 19:12 (UTC +04:00)

Ələt və Qobustan qəsəbələrinin inkişafı üçün 10 milyon manat ayrılıb

Lent.az Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, sərəncamla Ələt və Qobustan qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı şəhərinin Qaradağ rayonu İcra Hakimiyyətinə 6 milyon manat, o cümlədən Ələt qəsəbəsində 32 saylı şəhər poliklinikasının yenidən qurulması üçün 1 bir milyon manat və 110 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri üçün 1 bir milyon manat, Qobustan qəsəbəsində 17 saylı birləşmiş şəhər xəstəxanasının yenidən qurulması üçün 2 milyon manat və 800 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2 milyon manat məbləğində vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar