Azərbaycanın ÜST İcraiyyə Komitəsinə üzvlüyə təqdimatı qəbul olunub
Danimarka Krallığının Kopenhagen şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Regionu üzrə Daimi Komitəsinin 18-ci çağırışının üçüncü iclası keçirilib. Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə Daimi Komitəyə üzv dövlətlərin nümayəndələri, habelə ÜST-nın Avropa Regionu üzrə rəhbərliyi Katibliyinin nümayəndələri iştirak ediblər.
İclasda Azərbaycan tərəfi 12-15 sentyabr 2011-ci il tarixlərində Bakıda keçiriləcək ÜST Avropa Regionunun 61-ci sessiyasının keçirilməsinə dair təşkilatı məsələlər, görülmüş işlər, habelə Azərbaycan Respublikası hökumətinin aidiyyəti qurumları ilə ÜST Katibliyinin görüşlərinə dair məruzə ilə çıxış edib.
Qeyd edək ki, 2012-ci ilin may ayında ÜST-nin İcraiyyə Komitəsində Estoniya, Almaniya, Fransa və Serbiyanın üzvlük müddəti sona çatır. Həmin vakant yerlərə ÜST Avropa Regionundan Azərbaycan, Çernoqoriya, Xorvatiya, Slovakiya, Litva və Belçika öz nominasiyalarını təqdim ediblər.
Daimi Komitənin üzvlərinin yekdil səsləri ilə Azərbaycan Respublikasının 2012-ci ildən ÜST İcraiyyə Komitəsinə üzvlüyə təqdimatı qəbul olunub. Xatırladaq ki, ÜST rəhbər orqanlarının tarixində ilk dəfə olaraq hər hansı bir ölkə bir necə dəfə üzvlüyə qəbul olunur.
Azərbaycan Respublikası ardıcıl olaraq 2005-2008-ci illərdə İcraiyyə Komitəsində üzv olub və 2009-2012-ci illərdə Daimi Komitədə, 2012-2015-ci illərdə isə yenidən İcraiyyə Komitəsində təmsil olunacaq.

Oxşar yazılar
Bakıda MƏZAR BİZNESİ: Köhnə qəbirləri dağıdıb satırlar - VİDEO
8 may 2025 , 23:17
Dörd BÜRC üçün bütün qapılar açılacaq: Dəyişiklik vaxtıdır
8 may 2025 , 18:38
Sabah meteohəssas insanlar üçün hava necə olacaq? - PROQNOZ
8 may 2025 , 18:10
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
8 may 2025 , 17:28
5 dəqiqəlik masajla stressi və saç tökülməsini unudun
8 may 2025 , 17:14
Bu gecədən Bakının əksər yolları TAM BAĞLANIR
8 may 2025 , 16:59
Kartlarda çox pul saxlamayaq təhlükəlidir? – Dələduzlar belə edir
8 may 2025 , 16:32