Hava küləkli olacaq
08 aprel 2011 08:00 (UTC +04:00)

Hava küləkli olacaq

0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, Aprelin 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 7-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 10-15 dərəcə, bəzi yerlərdə 18 dərəcəyədək isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Aprelin 8-də Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin enməsi fonunda güclü gilavar küləyinin aprelin 9-da gündüz təzyiqin qısa müddətdə xeyli yüksəlməsi ilə güclü xəzri küləyinə keçməsi gözlənilir. Atmosfer təzyiqinin və küləyin belə təzadlı dəyişkənliyi meteohəssas, xüsusən də ürək-damar xəstəlikləri olan insanlar üçün əlverişsizdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 612

Oxşar yazılar