Sumqayıtda çoxsaylı enerji oğurluğu faktı aşkarlanıb
07 aprel 2011 13:25 (UTC +04:00)

Sumqayıtda çoxsaylı enerji oğurluğu faktı aşkarlanıb

Sumqayıt Elektrik Şəbəkəsi ərazisində fevral ayında keçirilmiş reydlər zamanı 511 istehlakçının (bunun 498-i məişət abonenti (əhali) istehlakçıları qrupuna məxsusdur) sayğac uçot komplektində pozuntu faktı aşkar edilib.


Lent.az-ın “Azərenerji” ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 4 milyon 516 min kilovatsaatdan artıq (bunun 2 milyon 272,4 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna məxsusdur) itirilmiş elektrik enerjisinin 271 min manata yaxın istehlak dəyəri bərpa edilib.
Hesabat ayında həmin bu məbləğin 45 faizdən çox hissəsinin ödənişi təmin olunub.


Qeyd edək ki, cari ilin 2 ayı ərzində keçirilmiş reydlər zamanı 1730 (bunun 1693 ədədi məişət abonenti (əhali) istehlakçıları qrupuna məxsusdur) qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılıb. Nəticədə 8 milyon 297,5 min kilovatsaata yaxın (bunun 5 milyon 78,6 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna məxsusdur) itirilmiş elektrik enerjisinin 497,8 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 34 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681

Oxşar yazılar