“Unibank”da Novruz Bayramı davam edir
07 aprel 2011 16:52 (UTC +04:00)

“Unibank”da Novruz Bayramı davam edir

Bu aksiya çərçivəsində Bankdan “AL Kart” və nağd kredit cəlb edənlərin hər beşincisi «Nokia» telefonlarının sahibi olub. Belə ki, dünən Bankın baş ofisində martın 9-dan 31-nə kimi kredit cəlb edənlər arasında olan 74 müştəriyə yeni “Mobitel” zəmanətli cib telefonları hədiyyə olunub. Hədiyyə alanların təyin edilməsi “Unibank”ın xüsusi proqram təminatı vasitəsilə aparılır. Bu zaman kreditlərin alınması üzrə ardıcıllıq həmin kompüter sistemində müştərinin müraciətinin edildiyi ana görə hesablanır. Maraqlıdır ki, qaliblər mərkəzləşdirilmiş qaydada 25 filial və şöbəni birləşdirən “Unibank”ın bütün xidmət şəbəkəsi üzrə müəyyən edilir. Həmçinin qeyd edək ki, aksiya bankın əməkdaşlarına tətbiq olunmur.

“Novruz” aksiyası aprelin 30-dək davam edəcək. Onun əsas şərtlərindən biri də müştərilər arasında daha çox tələbat duyulan “AL Kart” və nağd kreditlərin rəsmiləşdirilməsində prosedurların daha da sadə olmasıdır. Artıq bu növ kreditlərin cəlb olunması üçün təsdiqlənmiş aylıq gəlirlər müvafiq olaraq ən azı 200 AZN və 85 AZN təşkil edə bilər. Eyni zamanda, 2000 AZN həcminədək kreditlərin verildiyi təqdirdə Bank tərəfindən zamin və girov tələbi tətbiq olunmur.

Kreditləşmədə “Unibank”ın yeni şərtlərini müştərilər belə şərh etdilər:

Gülüş Abdullayeva, müəllimə

- Bankın bu aksiyasında mənim üçün əsas amil girovsuz kreditlərdə məhz prosedurların təkmilləşməsi idi. Telefon udmağım barədə heç düşünmürdüm. Dünən bu haqda xəbər alanda anladım ki, “Unibank” müştəriləri üçün Novruz bayramı hələ də davam edir.
Düzünü desəm, əvvəllər də kredit cəlb etdiyimə görə, yaxşı bilirəm ki, müştəri üçün əsl güzəşt və rahatlıq nədədir. Şəxsən mən, bir müəllimə kimi, hesab edirəm ki, iki min manata qədər kreditlərdə “Unibank”ın aylıq gəlirlərə yanaşması və zamin tələbinin olmaması şərtləri çox münasib və ədalətlidirlər. Banka uğurlar, onun müştərilərinə isə sərfəli kreditlər arzulayıram.


Hüseyn Zeynalov, neft şirkətinin əməkdaşı

- Lotereya kampaniyalarında məni çoxları uğursuz sayırdılar. Belə işlərdə çox nadir hallarda nəsə qazanırdım. Amma indi dəqiq bilirəm ki, mənə bəxti gətirməyən demək olmaz. Ən azı ona görə ki, “Unibank”dan bu gün hədiyyə olaraq telefon qazandım! Amma əslində uğurum ondadır ki, öz tələbatlarıma uyğun bir Bank tapdım. Soruşacaqsız ki, bəs necə? Cavabım belədir - mən bu gün ailəm üçün müasir və kifayət qədər bahalı bir televizorun alınmasından ötrü kredit götürdüm, sabah isə Bakıdan kənarda olan təsərrüfatımda əkinçilik işlər üçün daha uzunmüddətli kredit cəlb edəcəm. Əminəm ki, bu krediti də məhz “Unibank”dan alacam.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1322

Oxşar yazılar