Şəkidə vəzifəli şəxs işdən çıxarıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən Şəki Regional Hidrometeorologiya Müəssisəsində (RHM) aparılmış araşdırma zamanı bir sıra nöqsanlar aşkar edilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma nəticəsində müəyyən olunub ki, müəssisənin direktoru Akif Abbasov fəaliyyətinin son illəri ərzində müvafiq ixtisaslı gənc kadr potensialından istifadə etməyib, mütəxəssislərə ehtiyac olduğu halda təcrübəsiz, müəssisənin fəaliyyət profilindən xəbərsiz olan şəxsləri işə cəlb edib.
Bu işçilərin əksəriyyətinin müəssisənin direktoru ilə qohumluq əlaqəsində olduğu da üzə çıxıb. Şəki RHM-nin tabeliyindəki Qəbələ və Oğuz Hidrometeoroloji stansiyalarının fəaliyyətində də çatışmazlıqlar müəyyən edilib. Ekologiya və təbii sərvətlər nazirinin müvafiq əmri ilə Şəki Regional Hidrometeorologiya Müəssisəsinin direktoru Akif Abbasov, bir sıra hidrometeoroloji stansiya və məntəqə rəhbərləri tutduqları vəzifədən azad edilib, mövcud nöqsanların aradan qaldırılması istiqamətində konkret tədbirlər müəyyənləşdirilib.

Oxşar yazılar
Bakıda MƏZAR BİZNESİ: Köhnə qəbirləri dağıdıb satırlar - VİDEO
8 may 2025 , 23:17
Dörd BÜRC üçün bütün qapılar açılacaq: Dəyişiklik vaxtıdır
8 may 2025 , 18:38
Sabah meteohəssas insanlar üçün hava necə olacaq? - PROQNOZ
8 may 2025 , 18:10
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
8 may 2025 , 17:28
5 dəqiqəlik masajla stressi və saç tökülməsini unudun
8 may 2025 , 17:14
Bu gecədən Bakının əksər yolları TAM BAĞLANIR
8 may 2025 , 16:59
Kartlarda çox pul saxlamayaq təhlükəlidir? – Dələduzlar belə edir
8 may 2025 , 16:32