Gəncədə Şəhərsalma və Memarlıq Şurası yaradılıb
09 aprel 2011 17:35 (UTC +04:00)

Gəncədə Şəhərsalma və Memarlıq Şurası yaradılıb

Gəncə şəhər İcra Hakimiyyətində İH başçısı Elmar Vəliyevin sədrliyi ilə ziyalıların, memarların və tikinti mütəxəssislərin iştirak etdiyi geniş yığıncaq keçirilib.

İH-dən Lent.az-a verilən məlumata görə, yığıncaqda Gəncə şəhər İcra Hakimiyyəti yanında 34 nəfərdən ibarət bacarıqlı memar, tikinti işçiləri və ziyalılardan ibarət şəhərsalma və memarlıq şurası yaradılıb. Şuranın 11 nəfərdən ibarət idarə heyəti təsdiqlənib.

Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev idarə heyətinə qısa müddətdə şuranın nizamnaməsinin hazırlanıb təsdiq olunması üçün Gəncə şəhər İcra Hakimiyyətinə təqdim edilməsini tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1272

Oxşar yazılar