Dövlət ilkin Vaxt və Tezlik etalonu təsdiqləndi
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzinin Elektrik kəmiyyət vahidləri Laboratoriyasında quraşdırılmış etalon kompleksi Dövlət ilkin vaxt və tezlik etalonu kimi təsdiq edilib.
Dövlət Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, etalon kompleksinə ABŞ istehsalı olan GPS qəbuledici sinxronizatoru vaxt və tezlik etalonu (Fluke910R) və taymer-sayğacı analizator (Fluke6690) daxildir.
Vaxt və Tezlik etalonunun əsas prinsipi «sezium» elementinin parçalanması zamanı yaranan ən dəqiq qəbul olunmuş tezliyi süni peykdən GPS anteni ilə qəbul edib Vaxt və Tezlik etalonu vasitəsilə sinxronlaşdırmaq və respublikada olan ən dəqiq vaxtı bütün telekommunikasiya sistemlərinə ötürməkdir. Etalon rabitə, nəqliyyat, istehsal, tibb və s. sahələrdə, elmi-tədqiqat işlərində tətbiq ediləcək. Bundan başqa, vaxtaşırı yoxlanılması vacib olan tezlik ölçü avadanlıqlarının (tezlikölçənlərin, yüksək tezlik generatorlarının, vaxtla bağlı bütün işçi etalonlarının və s.) kalibrlənməsi də Vaxt və Tezlik etalonu vasitəsilə həyata keçiriləcək.

Oxşar yazılar

Tərtərdə məktəb binası yandı
9 may 2025 , 23:00
İntihara cəhddən sonra cəhənnəmə düşdü: Bunu Hitlerə arzulamazdım
9 may 2025 , 20:15
"Son zəng" üçün pul yığıldığı deyilən məktəblə bağlı araşdırma BAŞLADI
9 may 2025 , 19:33
Tezliklə çox çətin seçim qarşısında qalacaq BÜRCLƏR
9 may 2025 , 18:30
Sabah 31 dərəcə isti olacaq - PROQNOZ
9 may 2025 , 12:19
Bakı-Moskva reysləri bərpa olundu
9 may 2025 , 11:13
İnsanın ən xoşbəxt olduğu yaşı açıqlandı - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
9 may 2025 , 10:50