Hava gün ərzində 8 dərəcəyədək soyuyacaq
16 aprel 2011 08:00 (UTC +04:00)

Hava gün ərzində 8 dərəcəyədək soyuyacaq

Lent.az-ın məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10 dərəcə isti, günün birinci yarısında 16-21 dərəcə isti, axşama doğru 13 dərəcəyədək isti təşkil edəcək.


Azərbaycanın rayonlarında isə aprelin 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman olacağı gözlənilir. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553

Oxşar yazılar