BDU-nun yeni yataqxana kompleksi 2019-cu ilə hazır olacaq
15 aprel 2011 16:09 (UTC +04:00)

BDU-nun yeni yataqxana kompleksi 2019-cu ilə hazır olacaq

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov bildirib.

Onun sözlərinə görə, universitetin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində yeni yataqxananın, həmçinin texnoparkın inşası nəzərdə tutulub. “BDU hazırda dünyanın 2000 universiteti sırasına düşür. Ali təhsil müəssisəsinin reytinqində yataqxana 30% qiymət verilən yerdir. BDU bu reytinq siyahısına hələlik yalnız təhsili ilə daxil olub”, - Məhərrəmov bildirib. Onun sözlərinə görə, yataqxana problemi həll olunsa, universitet dünyanın ən yaxşı 300 ali təhsil müəssisəsi sırasına daxil olar.

Rektor deyib ki, tələbələrin köçürülməsinin hissə-hissə aparılması nəzərdə tutulur, lakin BDU rəhbərliyi hökumətdən köçürülməni birdəfəlik həyata keçirilməsi xahişi ilə müraciət edib.

Mübariz Aslanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1079

Oxşar yazılar