Ağsuda tədqiqatların yeni mərhələsi başlayıb
16 aprel 2011 13:51 (UTC +04:00)

Ağsuda tədqiqatların yeni mərhələsi başlayıb

Bu barədə Lent.az-a ekspedisiyanın rəis müavini Fariz Xəlilli məlumat verib. O bildirib ki, artıq ekspedisiyanın üzvləri beşinci sahədə işlərini davam etdirirlər: “Hazırda bu sahənin XVIII əsrin sonlarına aid olan üst qatı öyrənilir. Artıq bir sıra tikinti qalıqları və maddi-mədəniyyət nümunələri aşkara çıxarılıb. Məlumat üçün bildirim ki, tədqiqatlarla yanaşı, üç min kvadratmetrlik dördüncü qazıntı sahəsinin üstünün örtülməsi istiqamətində də intensiv iş gedir. Yaxın vaxtlarda bu işlərin, eləcə də konservasiya işlərinin və bütövlükdə sərgi-kompleksin tamamlanaraq ictimaiyyətə təqdim olunması nəzərdə tutulub”.


Fariz Xəlili xatırladıb ki, ekspedisiya ötən ilin mart ayından etibarən “MİRAS” İctimai Birliyinin təşəbbüsü və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyinin birgə layihəsi əsasında tarix elmləri doktoru Qafar Cəbiyevin rəhbərliyi ilə abidədə geniş miqyaslı arxeoloji tədqiqatlara başlayıb.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577

Oxşar yazılar