FHN-də Çernobıl qəzasının iştirakçıları ilə görüş keçirilib
16 aprel 2011 16:44 (UTC +04:00)

FHN-də Çernobıl qəzasının iştirakçıları ilə görüş keçirilib

Bu barədə APA-ya FHN-dən məlumat verilib. Görüşdə çıxış edən fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bildirib ki, Çernobıl Atom Elektrik Stansiyasında on minlərlə insanın faciəsi ilə nəticələnmiş hadisə tarixin ən böyük texnogen qəzalarından sayılır. Onun sözlərinə görə, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında 7 mindən çox azərbaycanlı iştirak edib, sonralar onların 3 min nəfəri şüalanmanın təsirindən dünyasını dəyişib. Nazir müavini FHN-in müxtəlif qurumlarında çalışan çernobılçıların qayğı və problemləri ilə maraqlanıb.


Görüşdə çıxış edən Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılmasında bilavasitə iştirak etmiş şəxslər çalışdıqları sahədə onlara göstərilən diqqət və qayğıdan, əlillərin dövlət tərəfindən himayə edilməsindən, onların cəmiyyətin isti münasibəti ilə əhatə olunmalarından, sosial problemlərinin həllinə həssaslıqla yanaşılmasından razı qaldıqlarını bildiriblər. Görüşdə qeyd olunub ki, Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə qayıdışından sonra onun bilavasitə tapşırığı ilə çernobılçılara diqqət artırılıb. 1993-cü il dekabr ayının 6-da Çernobılda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş Azərbaycan vətəndaşlarının statusu haqqında qanun imzalanıb. Həmin vaxtdan başlayaraq çernobılçılara dövlət tərəfindən ciddi qayğı göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593

Oxşar yazılar