Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 4,4 faiz artıb
Bu ilin birinci rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 4,4 faiz artıb.
Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, aprelin 1-i tarixinə olan statistikaya əsasən, bu artımdan sonra fərdi uçot sistemindəki əcnəbilərin sayı 10 631 nəfər təşkil edir.
Ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə, Gürcüstan və Rusiya vətəndaşları digər ölkələrlə müqayisədə nisbətən çoxdur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ilk yerdə qərarlaşan Türkiyə vətəndaşlarının sayı 6146 nəfər, ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1391 nəfər, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 588 nəfər təşkil edir.
Sonrakı yerlərdə İran İslam Respublikası (354 nəfər), Hindistan (268), Çin Xalq Respublikası (145), Bosniya və Herseqovina (127), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (120), Özbəkistan (111), Pakistan İslam Respublikası (94), Ukrayna (88), Filippin (88), Almaniya (84), Malayziya (80), Qazaxıstan (71), Türkmənistan (66), ABŞ (58), İtaliya (58) və digər ölkələr gəlir.
Qeyd edək ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir.

Oxşar yazılar

Güclü leysan və sel XƏBƏRDARLIĞI
11 may 2025 , 17:51
Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda təlimdə
11 may 2025 , 17:27
Beş BÜRC öz xoşbəxtliyini tapacaq, üç BÜRCÜ uğursuzluq dalğası bürüyəcək
11 may 2025 , 15:33
9-cu sinfi bitirənlər üçün növbəti imtahan keçirildi -YENİLƏNİB
11 may 2025 , 14:02
Magistraturaya qəbul imtahanı keçiriləcək
11 may 2025 , 09:18
"Yer yanan şara çevriləcək" - Stiven Hokinqin proqnozu TƏSDİQLƏNDİ
10 may 2025 , 20:15
May ayında xüsusi xoşbəxtlik yaşayacaq DÖRD BÜRC
10 may 2025 , 18:40