
Mayın 1-dən mobil əlaqədə kontur sistemi ləğv olunacaq
Mayın 1-də Azərbaycanda mobil operatorlarda kontur sisteminə son qoyulacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, həm “Bakcell”, həm də “Azercell”lə şirkətləri ilə kontur sistemindən manat əsaslı ödəmə sisteminə keçidə dair razılıq əldə olunub: ““Nar” və “Azerfon” abunəçiləri artıq çoxdandır ki, manat-əsaslı sistemlə mobil rabitədən istifadə edirlər. Biz digər operatorlarla da razılıq əldə etmişik və mayın 1-dən bütün mobil operatorlar manat əsaslı sistemə keçəcək. Bu sistem həm şəffaflığı, həm də müştərilərin rahatlığını təmin edəcək”.
Qeyd edək ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bir müddət əvvəl ölkədə fəaliyyət göstərən mobil rabitə operatorlarını tənqid edərək onlardan bəzilərinin hələ də kontur sistemindən manat əsaslı ödəmə sisteminə keçməmələrini pisləmişdi.
Nizam RZA
Qeyd edək ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bir müddət əvvəl ölkədə fəaliyyət göstərən mobil rabitə operatorlarını tənqid edərək onlardan bəzilərinin hələ də kontur sistemindən manat əsaslı ödəmə sisteminə keçməmələrini pisləmişdi.
Nizam RZA
Oxşar yazılar

Güclü leysan və sel XƏBƏRDARLIĞI
11 may 2025 , 17:51
Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda təlimdə
11 may 2025 , 17:27
Beş BÜRC öz xoşbəxtliyini tapacaq, üç BÜRCÜ uğursuzluq dalğası bürüyəcək
11 may 2025 , 15:33
9-cu sinfi bitirənlər üçün növbəti imtahan keçirildi -YENİLƏNİB
11 may 2025 , 14:02
Magistraturaya qəbul imtahanı keçiriləcək
11 may 2025 , 09:18
"Yer yanan şara çevriləcək" - Stiven Hokinqin proqnozu TƏSDİQLƏNDİ
10 may 2025 , 20:15
May ayında xüsusi xoşbəxtlik yaşayacaq DÖRD BÜRC
10 may 2025 , 18:40