Bakıda “Şəki halvası” korlanıb
0
0
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Şərq hissəsi, ev 60 ünvanında Qadir Mustafayevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Şəki halvası”nın və nabat şirniyyatının müvafiq reseptura olmadan istehsal edildiyi, habelə həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu müəyyən edilib.
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qanun pozuntuları ilə əlaqədar, “Şəki halvası”nın və nabat şirniyyatının istehsalının, eləcə də müvafiq reseptura və uyğunluq sertifikatı olmadan istehsal edilmiş 376,5 kq qənnadı məmulatlarının satışının dayandırılması, habelə müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən Qadir Mustafayevə icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam edir.