BDU-da rusiyalı dekanla görüş olub - FOTO
Lent.az-ın məlumatına görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov ali məktəb haqqında qonqlara ətraflı məlumat verib, universitetin yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən, əsasən də Rusiya Federasiyası universitetləri ilə münasibətlərdən bəhs edib.
Rektor Rusiyanın ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verməsindən, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrdən, tələbə-müəllim mübadiləsinin mümkünlüyündən danışıb.
Öz növbəsində Sergey Karpov Azərbaycan universitetləri, xüsusən Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Ölkələrimiz arasında əməkdaşlıq və dostluq əlaqələrinin genişləndirilməsi istiqamətində gələcək perspektivdən danışaraq, gənc mütəxəssislər arasında informasiya mübadiləsinin aparılmasının zəruriliyini qeyd edib.
Qarşılıqlı maraq kəsb edən digər məsələlərin də müzakirə edildiyi görüş qonağın universitetlə tanış olaraq yüksək təəssüratla ayrılması ilə başa çatıb.
Qeyd edək ki, görüşdə Postsovet məkanlarının öyrənilməsi üzrə informasiya-analitik mərkəzin direktoru, MDU-nun tarix fakültəsinin dekan müavini Aleksey Vlasov və MDU-nun tarix fakültəsinin müəllimi, tarix elmləri namizədi, dosent İsmayıl Atakişiyev də iştirak edib.
Nizam

Oxşar yazılar

Güclü leysan və sel XƏBƏRDARLIĞI
11 may 2025 , 17:51
Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda təlimdə
11 may 2025 , 17:27
Beş BÜRC öz xoşbəxtliyini tapacaq, üç BÜRCÜ uğursuzluq dalğası bürüyəcək
11 may 2025 , 15:33
9-cu sinfi bitirənlər üçün növbəti imtahan keçirildi -YENİLƏNİB
11 may 2025 , 14:02
Magistraturaya qəbul imtahanı keçiriləcək
11 may 2025 , 09:18
"Yer yanan şara çevriləcək" - Stiven Hokinqin proqnozu TƏSDİQLƏNDİ
10 may 2025 , 20:15
May ayında xüsusi xoşbəxtlik yaşayacaq DÖRD BÜRC
10 may 2025 , 18:40