AGBank və AIESEC gənclər üçün təcrübə mübadiləsi proqramına başladı
21 aprel 2011 12:34 (UTC +04:00)

AGBank və AIESEC gənclər üçün təcrübə mübadiləsi proqramına başladı

Bundan sonra, AGBank və AIESEC gənclərin bilik və bacarıqlarını artırmaq istiqamətində
əməkdaşlıq edəcəklər. Bu əməkdaşlıq çərçivəsində AGBank-ın gənc işçilərinin
AIESEC-in beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirak etməsi, eləcə də
xarici tələbələr və universitet məzunlarına AGBank-da təcrübə keçmək imkanlarının yaradılması nəzərdə tutulur.

Dünyanın 110-dan çox ölkəsində 50 mindən yuxarı üzvü olan AIESEC təşkilatı gənclərə beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirak etməklə liderlik bacarıqları qazanmaq və qlobal təhsil proqramlarından faydalanmağa şərait yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1032

Oxşar yazılar