Çernobıl qəzasından zərər çəkənlərə yardım ayrıldı
22 aprel 2011 19:54 (UTC +04:00)

Çernobıl qəzasından zərər çəkənlərə yardım ayrıldı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəzanın ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə 200,0 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım göstərilməsi barədə sərəncam imzalayıb.

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, bu məqsədlə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 1 milyon 100 min manat məbləğində vəsait ayrılsın.
Maliyyə Nazirliyinə bu vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın müvafiq şəxslərə çatdırılmasını təmin etmək tapşırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar