Azərbaycana “Qızıl səviyyəli Sertifikat” təqdim olunacaq
Aprelin 26-da İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyası öz işinə başlayır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, sessiya may ayının 13-ə qədər davam edəcək.
Azərbaycanı tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, eləcə də Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri təmsil edəcək. Sessiya çərçivəsində beynəlxalq poçt sahəsi üzrə bir sıra məsələlərin müzakirəsi və ÜPİ-nin bəzi orqanlarına seçkilərin keçirilməsi nəzərdə tutulub.
Azərbaycan nümayəndələri sessiyada ölkənin poçt sektorunda ÜPİ-nin texniki dəstəyi ilə həyata keçirilən bir sıra layihələr haqqında məruzələrlə çıxış edəcək. Həmçinin tədbir əsnasında BMT-nin bu ixtisaslaşmış təşkilatı ilə Azərbaycan arasında gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadilələri aparılacaq.
Bundan əlavə, sessiya çərçivəsində təntənəli mərasim zamanı sürətli poçt xidmətlərinə (Express Mail Service – EMS) görə “Qızıl səviyyəli Sertifikat” Azərbaycan tərəfinə təqdim olunacaq. ÜPİ EMS Kooperativinin tapşırığı və maliyyə dəstəyi ilə müstəqil məsləhətçi şirkətlər tərəfindən bütün dünyanın EMS operatorlarının il ərzində göstərdikləri xidmətlərin keyfiyyətinin təftişi və qiymətləndirilməsi aparılır. Bundan sonra ilin yekunlarına görə nəticələr elan edilir və sertifikatlar təqdim olunur. Azərbaycanın EMS operatoru “Azərekspresspoçt” rabitə müəssisəsi artıq beşinci dəfədir ki, “Qızıl səviyyəli Sertifikat”la mükafatlandırılıb.
Xatırladaq ki, Azərbaycan ÜPİ-nin iki ali orqanları olan Administrativ Şurasının və Poçt İstismarı Şurasının üzvüdür. Belə vəziyyətdə respublika İttifaqın bütün tədbirlərində iştirak etmək, ümumi işə öz töhfələrini vermək, eləcə də qarşıya qoyulan bütün vəzifələri və öhdəlikləri yerinə yetirmək imkanı qazanır.

Oxşar yazılar

Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35
"Yolu necə gəldi keçirlər" - Velosiped və skuter sürənlərə XƏBƏRDARLIQ
12 may 2025 , 14:18