Dövlət Baytarlıq Xidməti “Azvet” sistemini təkmilləşdirir
0
0
Lent.az-ın məlumatına görə, Dövlət Baytarlıq Xidmətinin (DBX) təşkilatçılığı ilə baş tutan seminarda Avropa Birliyi və Türkiyə Kənd Təsərrüfatı nazirliyindən mütəxəssislər iştirak edib. Seminarda “Azvet” Milli baytarlıq sisteminin təkmilləşmə və sistemin Avropa Birliyinin tələblərinə uyğunlaşdırılması prosesi müzakirə olunub.
Seminarda iştirak edən DBX-nin rəisi Sialə Rüstəmova “Azvet” sisteminin lazımlılığı barədə iştirakçıları məlumat verərək bildirib ki, bu informasiya sistemi yoluxucu və yoluxmayan xəstəliklər üzrə dövri hesabatlar, baytarlıq sanitariya-ekspertizası tədbirlərinin hesabatı, vaksinlərin inventarizasiyası və istifadəsinin izlənilməsi, DBX-nin mərkəzi və yerli səviyyələrdə işçiləri haqqında məlumatlar, heyvanların hərəkəti və s. sahələri özündə birləşdirir. İnformasiya sisteminin hələlik sadə quruluşda olduğunu qeyd edən S.Rüstəmova növbəti mərhələdə bu sistemin tam təkmilləşdirilərək, veb səhifə halına salınacağını söyləyib.
“Azvet” Milli baytarlıq sisteminin öyrənilməsi və tətbiq edilməsində Türkiyə təcrübəsindən yararlandıqlarını deyən DBX rəisi bu işdə onlara qardaş ölkənin “Türkvet” sisteminin mütəxəssislərinin köməklik göstərdiklərini əlavə edib.
Anar Gəraylı