Hava yenə küləkli olacaq, yağış yağacaq
27 aprel 2011 08:00 (UTC +04:00)

Hava yenə küləkli olacaq, yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, aprelin 27-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 6-11 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar