Azad Rəhimov yunan gəncləri ilə görüşdü
27 aprel 2011 13:37 (UTC +04:00)

Azad Rəhimov yunan gəncləri ilə görüşdü

Lent.az-ın məlumatına görə, görüşdə İndianapolis Universitetinin Afina filialının prezidenti Vasilis John Botopoulos, həmin universitetin akademik məsələlər üzrə prorektoru Sousana Michailidou və qalib gəlmiş tələbələr iştirak edirdilər.

Gəncləri salamlayan Azad Rəhimov, ilk növbədə onlara müsabiqəyə qatıldıqları üçün təşəkkürünü bildirib. Daha sonra Azərbaycanda gənclər və idman sahəsində həyata keçirilmiş layihələr, ölkə başçısı İlham Əliyev tərəfindən yenicə imzalanmış “Azərbaycan gəncliyi Dövlət Proqramı 2011-2015”, bu proqram çərçivəsində görüləcək işlər, eyni zamanda nazirliyin Yunanıstanın idman nazirliyi ilə sıx əlaqələri haqqında söz açıb. Bununla bərabər nazir Azərbaycan və Yunanıstanın möhkəm dostluq münasibətlərində olduğunu deyib və buna misal olaraq, bir müddət bundan öncə Yunanıstanın dövlət başçısı Karolos Papulyasın ölkəmizə rəsmi səfərini göstərib.

İndianapolis Universitetinin Afina filialının prezidenti Vasilis John Botopoulos qonaqpərvərlik və göstərilən mehriban münasibət üçün öz dərin təşəkkürünü bildirib. O, bu səpkili müsabiqələrin münasibətlərin möhkəmlənməsi və genişləndirilməsi baxımından xüsusi rol oynadığını diqqətə çatdırıb. Qonaq qeyd edib ki, müsabiqə başlayanadək bu gənclərin bir çoxu Azərbaycan haqqında sadəcə eşitmişdilər. Amma müsabiqə onlara bu ölkəni daha yaxından tanıdıb, sevdirib.

Daha sonra müsabiqə qaliblərinə plaketlər və hədiyyələr təqdim olunub. Görüşün sonunda xatirə şəkli çəkilib.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661

Oxşar yazılar