Gəncədə saxta gəc istehsalı və satışının qarşısı alındı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Gəncə şəhəri, A.Səhhət küçəsi, 1A ünvanında Akif Abdullayevə məxsus sexdə aparılan yoxlama zamanı gəcin uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə həmin məhsulun etiketinin üzərində məhsulun istehsalçısı, istifadə qaydaları, saxlanma şərtləri və yararlılıq müddəti barədə məlumatların göstərilmədiyi müəyyən olunub.
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar, gəc istehsalının, o cümlədən sexdə aşkar edilmiş 22,4 ton saxta gəcin satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış bu cür məhsulların geri yığılması barədə Akif Abdullayevə icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam etdirilir. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara etiketinin üzərində məhsulun və istehsalçının adı, istehsalçının ünvanı, istifadə qaydaları, saxlanma şərtləri və yararlılıq müddəti göstərilməyən tikinti materiallarını almamağı tövsiyə edir.

Oxşar yazılar

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35