Bu gün səhər Xalq artisti Arif Babayevin vəfat etməsi ilə bağlı xəbər vermişdik.
Mərkəzi Klinika Arif Babayevin ölümü ilə bağlı açıqlama yayıb.
Klinikadan Lent.a-a daxil olan açıqlamada bildirilir ki, bu gün səhər saat 06:30 radələrində Xalq artisti, görkəmli ictimai xadim, sevimli muğam ustadı Arif İmran oğlu Babayev Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində həyata keçirilən hər tərəfli kompleks müalicə tədbirlərinə baxmayaraq vəfat edib.
Mərkəzi Klinikanın kollektivi xalqımıza və mərhumun yaxınlarına dərin hüznlə baş sağlığı verir.