Ukrayna latın əlifbasına keçir
0
0
Ukraynada kiril əlifbasından latın əlifbasına keçidlə bağlı hazırlıq işlərinə başlanılıb.
Lent.az-ın “rusk.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Prezident Administrasiyasındakı mənbə məlumat sızdırıb.
Bu ideya üzərində xüsusi yaradılmış dövlət komissiyası işləyir. Kiril əlifbasından imtina texniki-linqvistik problemlərlə, bu əlifbanın Ukrayna dilinin özünəməxsusluğunu əks etdirməməsi və fonetikanı təhrif etməsiylə izah olunacaq. Latın əlifbasının isə dünya kommunikasiya sisteminə daxil olmaq üçün daha əlverişli şərait yaradacağı vurğulanacaq.
Məsələ Ukraynada rusiyayönümlü qüvvələrin ciddi narazılığı ilə qarşılanıb.
Rusiyayönümlü siyasətçi kimi tanınan millət vəkili Vadim Kolesniçenko bildirib ki, əlifbanın dəyişməsi sadəcə, linqvistk dəyişiklik yox, dil məsələsinin siyasi transformasiyası olacaq. O, bu yolla Ukraynanı Avropaya yaxınlaşdırmaq səylərinin ciddi nəticə verməyəcəyini söyləyib. Azərbaycan, Moldova və Orta Asiya ölkələrinin artıq uzun müddətdir ki, latın əlifbasından istifadə etdiklərini deyən Vadim Kolesniçenko iddia edib ki, latın əlifbası çətin ki, həmin ölkələri Avropa ilə yaxınlaşdırsın.

Oxşar yazılar

Bu şəxslərin ABŞ-a girişi qadağan edildi
6 sentyabr 2025 , 04:44
ABŞ Marsa ilk astronavtlarını nə vaxt göndərəcək?
5 sentyabr 2025 , 07:33
"Lego" tarixinin ən bahalı komplektini satacaq
5 sentyabr 2025 , 06:37
Bayden xərçəngdən əməliyyat olundu
5 sentyabr 2025 , 05:02
Tramp Putinlə danışacaq
5 sentyabr 2025 , 03:55
Vaşinqton rəhbərliyi Tramp administrasiyasını məhkəməyə verdi
5 sentyabr 2025 , 00:52
Əfqanıstanda güclü zəlzələ oldu
4 sentyabr 2025 , 21:44