Türkiyə BVF-in İcra Direktorları Şurasına üzv ola bilər
Türkiyənin Beynəlxalq Valyuta Fondunun İcra Direktorları Şurasına daxil olması üçün imkan yaranıb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, dövlət naziri və baş nazirin müavini Əli Babacan inkişaf etmiş Avropa ölkələrindən ikisinin BVF İcra Direktorları Şurasındakı yerlərini buraxacaqlarını deyib.
Nazir qeyd edib ki, “G-20” nazirlər toplantısında BVF-nin 24 yerlik İcra Direktorları Şurasında 9 yeri olan inkişaf etmiş Avropa ölkələrindən ikisi yerlərini inkişaf etməkdə olan ölkələrə verməyə razılaşıblar. Qərar kvota islahatlarından sonra icra ediləcək.
Boşalacaq iki yeri hansı ölkələrin hansı şərtlər altında tutacağı isə hələlik məlum deyil. Əli Babacan bu yerlərdən birini Türkiyənin tutması ilə bağlı ümumi razılaşma olduğunu, ancaq hələlik məsələnin dəqiqləşmədiyini, yaxın zamanlarda bu haqda müzakirələrin başlayacağını bildirib.

Oxşar yazılar

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB
6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16