Cennifer Lopez İstanbulda: Məşhurlar konsertə axışdı
06 avqust 2025 15:58 (UTC +04:00)

Cennifer Lopez İstanbulda: Məşhurlar konsertə axışdı

Dünyaca məşhur pop ulduzu Cennifer Lopez İstanbulda keçirilən konsertində heyranedici səhnə şousu ilə pərəstişkarlarını valeh etdi. Festival Park Yenikapı səhnəsində baş tutan tədbirdə sənətçi, "On The Floor" mahnısı ilə gecəyə start verdi və həm albomundakı hitlər, həm də sevilən klassik parçaları ilə dinləyicilərə unudulmaz anlar yaşatdı.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Lopez 90 nəfərlik heyəti ilə birlikdə İstanbulda səhnəyə çıxıbş

Təxminən 2 saat davam edən konsertdə 15-i səhnə şousu olmaqla cəmi 50 mahnı ifa edən ulduz, tamaşaçıları öz enerjisi və rəqs performansları ilə coşdurub.

İstanbullu azarkeşlərini salamlayan Lopez "İstanbulda olduğuma inana bilmirəm. Çox uzun zaman keçib, burada sizinlə olmaq möhtəşəmdir”,-deyib.

Amerikalı ulduz, konsertə qatılan tamaşaçılara təşəkkür edərək onlardan mahnılarına qoşulmalarını xahiş edib: "Burada olduğum üçün çox xoşbəxtəm. Çox təşəkkür edirəm. Əylənirsinizmi? Daha da yaxşı vaxt keçirməyə hazırsınızmı? Mənimlə birlikdə mahnı oxuyacaqsınızmı?",- deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456

Oxşar yazılar