Mətbuatda bəstəkar-aparıcı Murad Ariflə müğənni Ayaz Qasımov arasında anlaşılmazlıq yaşandığı qeyd olunub. Lent.az-ın məlumatına görə, M. Arifin ifa etdiyi “Tavla” türk mahnısına görə Ayaz Qasımovdan incidiyi deyilir. Məlumatı dəqiqləşdirmək üçün M.Ariflə əlaqə saxladıq. O isə mövzuya bu cür aydınlıq gətirdi: “Ayazdan qətiyyən inciməmişəm. Ümumiyyətlə, bu o qədər ciddi səbəb deyil ki, mən əsəbiləşim. Sadəcə media adi bir şeyi şişirdib qalmaqal səviyyəsinə çatdırmağı çox sevir. Ayazın məndən sonra “Tavla” mahnısına müraciət etməsinə münasibətimi soruşdular. Fikrim belədir ki, əgər bir həmkar hansısa mahnını oxuyub gündəmə gətirirsə, o işin tanınmasına maliyyə, əmək və vaxt xərcləyirsə, digər həmkarların da o mahnını oxuması doğru hərəkət deyil. Sadəcə Ayazdan xahiş etdim ki, oxumasın. Ancaq oxudu. Nə deyəsən? Yaxşı elədi, canı sağ olsun. Men bunu etməzdim. Amma arada inciklik və əsəb qətiyyən ola bilməz. Men öz ifama və İsgəndər Paydaşın mənim üçün yığdığı aranjemanına güvənirəm”.

Oxşar yazılar

63 yaşlı Tom Kruz özündən 26 yaş kiçik aktrisa ilə sevişdiyini TƏSDİQLƏDİ
31 iyul 2025 , 18:04
Süni intellekt İlhamə Quliyevanı belə canlandırdı - VİDEO
31 iyul 2025 , 16:04
Məşhur aktrisa Elşən Orucovla səmimi görüntüsünü paylaşdı - VİDEO
30 iyul 2025 , 14:33
Süni intellekt Azər Baxşəliyevi canlandırdı - VİDEO
30 iyul 2025 , 11:45
Brilliant Dadaşova arxiv görüntülərini yaydı - VİDEO
30 iyul 2025 , 10:51
Cennifer Lopes bu geyimi ilə hamını heyran etdi - FOTO
29 iyul 2025 , 19:09