Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi
12 aprel 2026 16:23 (UTC +04:00)

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

0

Bu gün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi öz fəaliyyətini bərpa edib.

Bu barədə Lent.az-a Xarici İşlər Nazirliyindən xəbər verilib.

Qeyd edilib ki, Səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyət ilə fəaliyyət göstərəcək.

Təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq, Səfirliyin fəaliyyətinin mərhələli şəkildə tənzimlənməsi planlaşdırılır:

"Azərbaycan Səfirliyinin İranda hərbi əməliyyatların dayandırılması və iki həftəlik atəşkəsin elan olunmasından qısa müddət sonra fəaliyyətini bərpa etməsi Azərbaycanın qonşu və dost İran ilə münasibətlərə verdiyi xüsusi önəmin bariz nümunəsidir.

Ölkəmiz regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində irəli sürülən təşəbbüsləri dəstəklədiyini bir daha bəyan edir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar