ARDNŞ qanunsuz tikililərlə bağlı reyd keçirir
Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus ərazilərdə qanunsuz tikililərə cəhdlər artmağa başlayıb.
«APA-ECONOMICS»in məlumatına görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, hazırda şirkət bu işlərin qarşısını almaqla məşğuldur: «Mənə verilən məlumata görə, hər gün bu ərazilərdə yüzlərlə «gecəqondu» tikintilər başlayır, biz bunlarla mübarizə aparmağa çalışırıq».
Dövlət Neft şirkəti ona məxsus torpaq sahələrində qanunsuz tikililərin vəziyyəti ilə tanış olmaq üçün həmin ərazilərdə jurnalistlərin iştirakı ilə reyd keçirmək niyyətindədir: «Sabahdan reydlərə başlanmalıdır. Hər gün bir rayonda vəziyyəti araşdıraq və görək ki, onlar bu evləri hansı icazə və sənədlə tikirlər».
Şirkət rəhbəri bildirib ki, həmin şəxslər bu tikililərin sənədləşdiriləcəyinə ümid etsələr də yanılırlar: «Həmin evlər sənədləşdirilməyəcək».
R.Abdullayevin sözlərinə görə, ARDNŞ-in torpaqlarının kadastrı hazırlanaraq, hökumətə təqdim edilib və sənəddə torpaq sahələrində olan vəziyyət izlənir: «Biz oradakı vəziyyəti günbəgün monitorinq edirik».

Oxşar yazılar
Bakıda MƏZAR BİZNESİ: Köhnə qəbirləri dağıdıb satırlar - VİDEO
8 may 2025 , 23:17
Dörd BÜRC üçün bütün qapılar açılacaq: Dəyişiklik vaxtıdır
8 may 2025 , 18:38
Sabah meteohəssas insanlar üçün hava necə olacaq? - PROQNOZ
8 may 2025 , 18:10
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
8 may 2025 , 17:28
5 dəqiqəlik masajla stressi və saç tökülməsini unudun
8 may 2025 , 17:14
Bu gecədən Bakının əksər yolları TAM BAĞLANIR
8 may 2025 , 16:59
Kartlarda çox pul saxlamayaq təhlükəlidir? – Dələduzlar belə edir
8 may 2025 , 16:32