Universitetlərdə təhsilin şəffaflaşdırılmasına dair layihə keçirilir
Azərbaycan Dillər Universitetinin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın verdiyi məlumata görə, aprelin 6-da universitetdə Şəffaf Təhsil Şəbəkəsi layihəsi təqdim olunub. Universitetlər içərisində Şəffaf Təhsil Şəbəkəsi layihəsinin təqdimatının ilk olaraq, ADU-da keçirildiyini deyən Yuva Humanitar Mərkəzinin layihələr koordinatoru Toğrul Ələkbərov layihə haqqında tələbələrə məlumat verib.
Şəffaf Təhsil Şəbəkəsi layihəsinin Azərbaycanda 2008-ci ildən həyata keçirildiyinə toxunan layihə koordinatoru bildirib ki, proqramın artıq ikinci fazasına start verilib. Layihənin həyata keçirilməsi zərurətindən danışan T.Ələkbərov 2 əsas prinsip üzrə fəaliyyət göstərdiklərini vurğulayıb. O, layihənin keçirilməsində əsas məqsədin təhsildə şəffaflığın təbliğ edilməsi, təhsildə baş verən korruptiv hallara qarşı gənclərin şəbəkələləşməsi və bu mövzuda maarlifləndirilməsindən ibarət olduğunu tələbələrin diqqətinə çatdırıb. Ali təhsil ocaqlarında davranış kodeksininin yaradılmasının vacibliyini bildirən layihələr koordinatoru kodeksin təhsildə mövcud olan problemlərin aradan qaldırılmasına yardımçı olacağını qeyd edib. Davranış kodeksində maraqlı tərəflərini hüquq və vəzifələrinin əks olunacağından danışan T.Ələkbərov vurğulayıb ki, kodeks tələbələr, müəllimlər və universitet rəhbərliyi arasında səmimi və qarşılıqlı ünsiyyətin yaradılmasına xidmət edir.
T.Ələkbərovun sözlərinə görə, layihənin təqdimatı Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), Azərbaycan Texniki Universitetində (ATU) və Bakı Dövlət Universitetində (BDU) də keçiriləcək. Xatırladaq ki, Şəffaf Təhsil Şəbəkəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçirilir və özündə 4 ölkəni cəmləşdirir.

Oxşar yazılar
Bakıda MƏZAR BİZNESİ: Köhnə qəbirləri dağıdıb satırlar - VİDEO
8 may 2025 , 23:17
Dörd BÜRC üçün bütün qapılar açılacaq: Dəyişiklik vaxtıdır
8 may 2025 , 18:38
Sabah meteohəssas insanlar üçün hava necə olacaq? - PROQNOZ
8 may 2025 , 18:10
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
8 may 2025 , 17:28
5 dəqiqəlik masajla stressi və saç tökülməsini unudun
8 may 2025 , 17:14
Bu gecədən Bakının əksər yolları TAM BAĞLANIR
8 may 2025 , 16:59
Kartlarda çox pul saxlamayaq təhlükəlidir? – Dələduzlar belə edir
8 may 2025 , 16:32