Sınaq imtahanlarının nəticələri açıqlandı
06 aprel 2011 18:51 (UTC +04:00)

Sınaq imtahanlarının nəticələri açıqlandı

TQDK-nın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, aprelin 3-də respublikanın 18 şəhərində sınaq imtahanı keçirilib. Artıq nəticələr bəllidir və bir azdan TQDK-nın saytından öyrənə bilərlər. Buna qədər isə abituriyentlər topladıqları balı “Azercell”in "İmtahancell" xidmətindən də öyrənə bilər.

Növbəti sınaq imtahanları isə aprelin 10-da və 17-də keçiriləcək və hazırda həmin sınaq imtahanlarına yazılış davam edir. TQDK bir daha abituriyentlərin nəzərinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar