“Magistraturada təhsil alanların hərbi xidmətə çağırılması ciddi problemlər yaradıb”
“Son vaxtlar magistraturada təhsil alan gənclərin hərbi xidmətə cəlb olunması çoxlu problemlər yaradıb”.
APA-nın məlumatına görə, bu fikirləri millət vəkili, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov parlamentdə çıxışı zamanı deyib. Millət vəkili bildirib ki, hazırda Bakı Dövlət Universitetində 988 nəfər magistr pilləsində təhsil alır ki, onlardan 687 nəfəri qız, 301 nəfəri oğlandır: “Əgər bu oğlanlar növbəti çağırışda hərbi xidmətə çağırılacaqsa, gələcəkdə elmi kim irəli aparacaq? Bilirik ki, qızlar bəzən ailə qurduqlarına görə elmlə məşğul ola bilmirlər. Oğlanların isə hərbi xidmətə çağırılması onların təhsildən yayınmasına gətirib çıxarır. İkinci problem isə ondan ibarətdir ki, hətta əyani şöbəyə daxil olan magistrlər bir müddətdən sonra dövlət qulluğuna elan çıxan kimi ərizə verib işə qəbul olunurlar. Bununla da onlar rektora müraciət edərək işlə təmin olunduğuna görə təhsildən azad edilməsini xahiş edirlər. Dövlət qulluğuna elan zamanı magistrlərin təhsildən yayınması təhsildə deformasiyaya gətirib çıxaracaq. Təklif edirəm ki, müvafiq qurumlar bu məsələni müzakirə etsinlər və məsələ gündəliyə çıxarılsın”.

Oxşar yazılar
Bakıda MƏZAR BİZNESİ: Köhnə qəbirləri dağıdıb satırlar - VİDEO
8 may 2025 , 23:17
Dörd BÜRC üçün bütün qapılar açılacaq: Dəyişiklik vaxtıdır
8 may 2025 , 18:38
Sabah meteohəssas insanlar üçün hava necə olacaq? - PROQNOZ
8 may 2025 , 18:10
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
8 may 2025 , 17:28
5 dəqiqəlik masajla stressi və saç tökülməsini unudun
8 may 2025 , 17:14
Bu gecədən Bakının əksər yolları TAM BAĞLANIR
8 may 2025 , 16:59
Kartlarda çox pul saxlamayaq təhlükəlidir? – Dələduzlar belə edir
8 may 2025 , 16:32