Prokurorluq orqanlarına qəbul olunmaq istəyənlər üçün sənəd qəbulu davam edir
08 aprel 2011 15:14 (UTC +04:00)

Prokurorluq orqanlarına qəbul olunmaq istəyənlər üçün sənəd qəbulu davam edir

Lent.az-ın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 2011-ci il yanvarın 6-da vakant olan 100 ştat vahidi üzrə elan olunmuş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu davam etdirilir.

Növbəti - prokurorluq üzrə sayca 10-cu müsabiqə ilə əlaqədar hazırda sənədlərin qəbulu həyata keçirilir və bu proses aprelin 29-da başa çatacaq. Sənədlərin qəbulu başa çatdırıldıqdan sonra test imtahanının vaxtı və yeri, imtahan sualları toplusunun əldə olunması qaydası, toplunun hazırlanmasında istifadə olunan normativ aktların siyahısı və digər məsələlər barədə mətbuat vasitəsilə, həmçinin Baş Prokurorluğunun internet səhifəsində və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcək.

Prokurorluq orqanlarında işləmək arzusunda olan hər bir gənc hüquqşünas Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək tələb olunan sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilər. Qulluğa qəbulla bağlı tələb olunan sənədlərin siyahısı və digər aidiyyatı məsələlərlə əlaqədar prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) və 492-62-23, 437-28-56, 492-74-32, 492-39-95 nömrəli telefonlar vasitəsi ilə zəruri məlumatları əldə etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1091

Oxşar yazılar