Gəncənin icra başçısı vətəndaşlarla görüşüb - FOTO
08 aprel 2011 17:19 (UTC +04:00)

Gəncənin icra başçısı vətəndaşlarla görüşüb - FOTO

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərin aidiyyatı xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Z.A.Tağıyev və B.Əliyev küçələrinin sakinləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə vətəndaşların problemləri müzakirə olunub və onları narahat edən məsələlərin həlli yolları göstərilib.

Sakinlərin həyat şəraiti, istirahətini yaxşılaşdırmaq, xüsusilə ahıl insanların istirahətini mənalı təşkil etmək üçün B.Əliyev və Z.A.Tağıyev küçələrinin asfalt örtüyünün dəyişdirilməsi və bu küçələrin kəsişməsində yerləşən parkın abadlaşdırılması qərara alınıb.

İcra başçısı nəzərdə tutulan işlərin dərhal icrasına başlanmasına tapşırıq verib.

Bundan sonra icra başçısı vətəndaşları əmin edib ki, ölkə başçısının tapşırıqları Gəncədə tez bir zamanda həyata keçiriləcək və gəncəlilərin sosial eləcə də digər problemləri həll olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1358

Oxşar yazılar