
Zərdabda sahil bərkitmə işlərinə başlanıb
Bu barədə APA-nın yerli bürosuna Zərdab Rayon İcra Hakimiyyətindən bildirilib. Artıq bir neçə gündür ki, rayonun Kür qırağında yerləşən 23 kəndinin ərazisində 60,6 kilometrlik əsas qoruyucu bənddə 4 metr eni, 1,2 metr hündürlüyündə bərpa və bərkitmə işlərinə başlanıb. Meliorasiya və Su Təsərrüfat ASC-nin və Zərdab Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi bu tədbirlərə 13 tikinti təşkilatının 233 ədəd müxtəlif təyinatlı maşın-mexanizmi, 300 nəfər işçi qüvvəsi cəlb olunub. May ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulan qabaqlayıcı tədbirlər nəticəsində yaşayış məntəqələrinin daşqın təhlükəsi ilə üzləşmə ehtimalı aradan qaldırılacaq. Bundan əlavə, rayonda ötən ilin aprel-may aylarında baş vermiş təbii fəlakətin nəticələri də aradan qaldırılır.
Oxşar yazılar

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ
9 may 2025 , 12:19
Bakı-Moskva reysləri bərpa olundu
9 may 2025 , 11:13
İnsanın ən xoşbəxt olduğu yaşı açıqlandı - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
9 may 2025 , 10:50
May ayında böyük qazanc əldə edəcək beş BÜRC
9 may 2025 , 09:09Bakıda MƏZAR BİZNESİ: Köhnə qəbirləri dağıdıb satırlar - VİDEO
8 may 2025 , 23:17
Dörd BÜRC üçün bütün qapılar açılacaq: Dəyişiklik vaxtıdır
8 may 2025 , 18:38
Sabah meteohəssas insanlar üçün hava necə olacaq? - PROQNOZ
8 may 2025 , 18:10