“Elektron Təhsil” respublika müsabiqəsi start götürüb
11 aprel 2011 19:48 (UTC +04:00)

“Elektron Təhsil” respublika müsabiqəsi start götürüb

Lent.az-ın Rabitə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində elektron tədris resurslarından, internet texnologiyalardan istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədrisdə informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.


Müsabiqə iki istiqamətdə - “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə internet texnologiyaları" mövzuları üzrə keçirilir. Birinci istiqamət üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan metodiki tədris materialları təqdim edilə bilər. Qaliblər “Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “İbtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyaları üzrə müəyyən olunacaq.


“Təhsildə internet texnologiyalar” istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu internet resursları, bloqlar və digər internet layihələri təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər “Təhsildə internet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunacaq.

İki mərhələ üzrə keçiriləcək səsvermənin Təhsil Nazirliyi tərəfindən formalaşdırılan peşəkarlardan və mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən aparılacağı nəzərdə tutulub.

Müsabiqə haqqında ətraflı məlumatla www.musabiqe.edu.az/ internet-səhifəsindən tanış olmaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1056

Oxşar yazılar