Ciddi nöqsanlara yol verən 66 tibb işçisi cəzalandırılıb
Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565 12 64) bu il fevralın 23-dən aprelin 5-dək 1899 müraciət daxil olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya bildirib ki, daxil olmuş bütün müraciətlər əsasında araşdırmalar aparılıb və onların nəticələri təhlil edilib.
“Qaynar xətt” xidmətinə daxil olmuş müraciətlərin 590-ı şikayət, 629-u sorğu xarakterlidir. Müraciətlərin 470-i əsassız olub, 210-u isə aidiyyəti üzrə deyil. Şikayət xarakterli müraciətlər əsasən dərman təminatı, hospitalizasiya, müayinə və müalicə məsələləri ilə bağlıdır: “Xüsusi araşdırma tələb etməyən müxtəlif xarakterli cari məsələlər Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin əməkdaşları, nazirliyin tibb müəssisələrinə təhkim olunmuş nümayəndələri və tibb müəssisələrinin rəhbərləri tərəfindən operativ olaraq yerindəcə həll edilib və müvafiq tədbirlər görülüb, tibbi yardımla bağlı bütün müraciətlər xüsusi ciddiliklə araşdırılıb. Ümumilikdə aparılan araşdırmaların nəticələrinə əsasən, xəstələrə tibbi yardımın təşkilində və göstərilməsində yol verdikləri nöqsanlara, şikayətlərin yaranması üçün zəmin yaratdıqlarına, xəstələr və onların yaxınları ilə rəftar zamanı etik normaları pozduqlarına görə tibb işçiləri barədə inzibati tənbeh tədbirləri görülüb. Belə ki, 4 nəfər tutduğu vəzifədən azad edilib, 16 nəfərə şiddətli töhmət, 20 nəfərə töhmət elan edilib, 26 nəfərə isə yazılı və şifahi xəbərdarlıq olunub”.

Oxşar yazılar

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ
9 may 2025 , 12:19
Bakı-Moskva reysləri bərpa olundu
9 may 2025 , 11:13
İnsanın ən xoşbəxt olduğu yaşı açıqlandı - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
9 may 2025 , 10:50
May ayında böyük qazanc əldə edəcək beş BÜRC
9 may 2025 , 09:09Bakıda MƏZAR BİZNESİ: Köhnə qəbirləri dağıdıb satırlar - VİDEO
8 may 2025 , 23:17
Dörd BÜRC üçün bütün qapılar açılacaq: Dəyişiklik vaxtıdır
8 may 2025 , 18:38
Sabah meteohəssas insanlar üçün hava necə olacaq? - PROQNOZ
8 may 2025 , 18:10