Bakının bəzi yollarında bir neçə gün tıxac olacaq
Oğuz-Qəbələ-Bakı su kəmərinin Bakı ərazisindən keçən hissələrində birləşdirmə işlər ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətinə maneələr yaranıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə, paytaxt əhalisinin su təchizatının yaxşılaşdırılması məqsədilə Oğuz-Qəbələ-Bakı su kəməri ilə paytaxta verilən suyun paylanması üçün şəhər ərazisində 25 yerdə birləşdirmə işlərinə start verilib.
Bu səbəbdən Mətbuat prospekti ilə Firudin Ağayev küçəsinin kəsişməsində, Şəfayət Mehdiyev küçəsi ilə Alatava su anbarı istiqamətində (Lider TV-nin qarşısındakı küçə), 3-cü mikrorayon dairəsindən Nəsimi metrosu istiqamətində (Zərifə Əliyeva parkının qarşısı), 8-ci km qəsəbəsi, Naxçıvanski və Köçərli küçələrində, Məhəmməd Hadi küçəsindən Ukrayna dairəsinə qədər, 20 yanvar dairəsi istiqamətindən Tbilisi prospekti ilə yolun sağ kənarı ilə Diaqnostika Mərkəzinin yanından Velotrekə qədər, Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində (Cəfər Cabbarlı heykəlinin qarşısından Şəmsi Bədəlbəyli küçəsinədək) qazıntı işləri aparıldığından yollar daralıb.
Yolun daralması və qismən bağlanması ilə əlaqədar sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Nizam RZA

Oxşar yazılar

"28 May" yenidən təmir olunur? - AÇIQLAMA
13 may 2025 , 11:38
Əmircanın bu küçələrində sanki müharibə filmi çəkilib
13 may 2025 , 11:32
“İtlərin əlindən uşaqları məktəbə göndərə bilmirik” - Zabratın dərdi
13 may 2025 , 11:24
DİQQƏT: Telefonda bankla bağlı sualları cavablandırmayın, təhlükə var
13 may 2025 , 10:20
Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?
13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02