Boşanma zamanı  ərinin gəlirini gizlətdiyini   öyrəndi 
24 may 2023 15:23 (UTC +04:00)

Boşanma zamanı ərinin gəlirini gizlətdiyini öyrəndi 

Boşanma zamanı qadın ərinin uzun illər gəlirini ondan gizlətdiyini öyrənib. 

Lent.az xəbər verir ki, amerikalı qadın 10 illik evlilikdən sonra əri ilə boşanmaq qərarına gəlib. 

Onun sözlərinə görə, əri ildə 3 milyon dollar qazanırmış. Amma boşanma zamanı birgə əldə edilən əmlakın xeyli az olduğu üzə çıxıb. Qadın bunun səbəbini öyrənmək qərarına gəlib və hesabını yoxlamaq üçün mühasiblə danışıb. 

Beləliklə, o, kişinin daha əvvəl bəyan etdiyi 12 “bitcoin”in gizlətdiyini öyrənib.

“Bu barədə heç düşünməmişəm. Biz heç vaxt "bitcoin"ə investisiya etməyi müzakirə etməmişik və ya birlikdə sərmayə qoymamışıq. Bu, məni şoka saldı”, - aldanmış qadın bildirib.

Nəticədə qadın sevgilisinin "bitcoin" ehtiyatlarının bir hissəsini məhkəməyə verib. Hüquqşünas bildirib ki, kriptovalyutanı izləmək adi keşdən daha asandır. Çünki blokçeyn texnologiyası bütün əməliyyatları saxlayır, müdaxiləyə, qeydləri silmək və ya dəyişməyə imkan vermir.
 

# 7917
avatar

Sevinc Fərid

Oxşar yazılar