Şahdağ Milli Parkının İsmayıllı rayonu ərazisində ağackəsilməsi faktı üzrə prosessual araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən olunub.
Araşdırmanın nəticələri ilə bağlı hüquqi tədbirlər görüləcəkdir.