Bakıda keyfiyyətsiz şirniyyat sexləri aşkarlanıb
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, xidmət tərəfindən Bakı şəhəri, Günəşli qəsəbəsi, V yaşayış massivi, 40/41-ci məhəllədə Elçin İsmayılova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı peçenye məhsullarının müvafiq reseptura olmadan istehsal edildiyi, məhsulların etiketlərində istehsalçının ünvanının göstərilmədiyi, peçenyelərin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin edildiyi, habelə peçenye məhsullarının istehsalında xammal kimi mənşəyi məlum olmayan duzdan istifadə olunduğu müəyyən edilib.
Müvafiq reseptura olmadan istehsal edilmiş 1,5 ton peçenye Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib. Qanun pozuntuları ilə əlaqədar, peçenye məhsullarının istehsalının dayandırılması və müəssisə tərəfindən istehsal edilərək ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən Elçin İsmayılova icrası məcburi göstəriş verilib.
Eyni zamanda, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.H.Kazımov küçəsi, ev 48 ünvanında Yəhya Qafarova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı kətə, qoğal və bulkanın uyğunluq sertifikatları və müvafiq resepturalar olmadan istehsal edildiyini müəyyən edib. Qanun pozuntuları ilə əlaqədar, kətə, qoğal və bulka istehsalının dayandırılması, habelə müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən sahibkar Yəhya Qafarova icrası məcburi göstəriş verib.
Araşdırmalar davam edir.

Oxşar yazılar

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ
9 may 2025 , 12:19
Bakı-Moskva reysləri bərpa olundu
9 may 2025 , 11:13
İnsanın ən xoşbəxt olduğu yaşı açıqlandı - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
9 may 2025 , 10:50
May ayında böyük qazanc əldə edəcək beş BÜRC
9 may 2025 , 09:09Bakıda MƏZAR BİZNESİ: Köhnə qəbirləri dağıdıb satırlar - VİDEO
8 may 2025 , 23:17
Dörd BÜRC üçün bütün qapılar açılacaq: Dəyişiklik vaxtıdır
8 may 2025 , 18:38
Sabah meteohəssas insanlar üçün hava necə olacaq? - PROQNOZ
8 may 2025 , 18:10