“20 Yanvar” dairəsində yaranmış sıxlıq aradan qaldırıldı  - YENİLƏNİB
27 noyabr 2025 22:42 (UTC +04:00)

“20 Yanvar” dairəsində yaranmış sıxlıq aradan qaldırıldı - YENİLƏNİB

0

"20 Yanvar" dairəsində dağılan yük yoldan götürülüb, hərəkət təmin olunub. 

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzini məlumat yayıb.

Hazırda Bakı-Sumqayıt şosesi, “20 Yanar” metrosu istiqamətində hərəkət intensivliyinin artırılması məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindın dairədə olan svetoforlara “yaşıl dalğa” rejimi tətbiq edilir.


***
20:24

Yasamal rayonu, "20 Yanvar" dairəsində yük avtomobillərindən birində olan yükün yolun hərəkət hissəsinə dağılması səbəbindən Bakı-Sumqayıt şosesi “20 Yanvar” metro stansiyası və Moskva prospekti istiqamətlərində nəqliyyat sıxlığı yaranıb.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzini məlumat yayıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar